"Xalq-Ordu" layihəsindən şizofrenik əsgərlər: Erməni əsgər hərbi forma görəndə ağlayır

2018/03/915_1520069348.jpg
Oxunub: 3717     17:27     03 Mart 2018    
Ermənistanda xidmət dövründə işgəncələrə mərzu qalan əsgərə “şizofreniyanın simptomları olan kəskin poltonik psixi pozgunluq” diaqnozu qoyulub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Vətəndaş Cəmiyyəti İnstitutu" ictimai təşkilatının sədri Danielyan və Rita Hakobyan, 1996-cı il təvəllüdlü erməni əsgəri Artur Hakobyanın hərbi hissədə qəddar, qeyri-insani münasibət, ləyaqətinin alçaldılması nəticəsində ciddi psixoloji sağlamlıq problemləri ilə üzləşdiyi və İrəvan hospitalına təxliyyə edildiyinə dair 11 noyabr 2015-ci ildə Ermənistan baş prokurorluğuna müraciət ünvanlayıblar.

Hadisə 2015-ci il 6-7 yanvar tarixlərində Aqarak rayonunda yerləşən hərbi hissədə baş verib. İctimai təşkilat tərəfindən aparılan araşdırmalar nəticəsində, doğrudan da erməni əsgərinin mənəvi psixoloji travma aldığı və müalicə olunduğu sübut olunub. Çağırış zamanı həkim müayinələrindən sonra hərbi xidmətə yararlı hesab olunan Artur Hakopyan, orduda ona qarşı baş verən münasibətdən sonra xidmət dövründə ciddi sağlamlıq problemləri ilə üzləşib.

Baş vermiş hadisə ilə əlaqədar Ermənistan prokurorluğu tərəfindən 13 iyul 2016-ci ildə cinayət işi açılıb. Ancaq müstəntiq cinayət baş vermiş hadisədə cinayət tərkibi olmadığını əsas gətirərək, 11 noyabr 2016-cı ildə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. Nəticədə, cinayət işinə xitam verilməsi qərarına qarşı vəkil şikayət edib.

24 yanvar 2017-ci il Sünik vilayət məhkəməsinin qərarından apelyasiya şikayəti verilsə də, məhkəmə vəkilin təqdim etdiyi şikayətə baxılmasından imtina edib. "Qanunvericiliyə qarşı" ictimai təşkilatın vəkili Qaragözyan apelyasiya məhkəməsinin qərarına qarşı kassasiya məhkəməsinə şikayət təqdim edib.

Kassasiya məhkəməsi isə şikayət üzrə araşdırmanı lazımi səviyyədə həyata keçirmədən verilmiş qərarları qanuni hesab edib. Faktiki olaraq kassasiya məhkəməsinin məntiqinə görə zərəzçəkən tərəf işgəncələrə məruz qaldığını sübut etməlidir. Belə çıxır ki, məhkəmə dövlətin araşdırmalı olduğu vəzifə borcu yükünü zərərçəkən tərəfin üzərinə qoyur.

Erməni vəkil araşdırmalar zamanı bir sıra hərbi qulluqçuların izahatını səmimi hesab etməyərək bildirib ki, xidmətdə olan və komandirin nəzarətindəki hərbi qulluqçular səmimi izahat verməkdən məhrumdurlar. Lakin məlumdur ki, izahat verən məqamda hərbi qulluqçular komandirləri olan Z. Mkrtçyanın tabeliyində olublar və səmimi izahat verə bilməzdilər. Məhkəmə izahatların səmimiliyində bu məqamı nəzərə almayıb.
02.02.2016-cı il tarixli hərbi həkim komissiyasının rəyində göstərilir ki, Artur Hakobyan mənəvi olaraq gərgin vəziyyətdədir, hərbi geyimdə şəxs gördükdə depresiyaya düşür, ağlamaqla biruzə verərək qorxu hissi keçirir.

Həkimlərin rəyində, hərbi hissədə ona qarşı edilən işgəncələri təsəvvür etmək üçün vəkil olmağa ehtiyac olmadığı qeyd olunur.

Beləliklə ilkin araşdırma zamanı məlum olub ki, 6 noyabr 2015-ci ildə Artur Hakobyan psixoloji problemlərlə bağlı əlamətlərinə görə hərbi hissənin tibb məntəqəsinə qəbul edilib.

07.11.2015-ci ildə isə o, Ermənistan müdafiə nazirliyinin 50569 nömrəli hərbi hissə komandirinin əmri ilə müayinə olunaraq, müalicə üçün Zəngəzurdakı hospitala, daha sonra İrəvan hospitalının psixatriya şöbəsinə göndərilib. Hərbi hissə komandirinin əmrindən də məlum olur ki, o, psixoloji xəstəlikləri xidməti dövründə alıb. Onu işgəncələrə məruz qoyanların isə özlərinə qarşı izahat verməyəcəkləri, məsuliyyətdən yayınmaq üçün izahat verilməsi işini daha öncədən təşkil edəcəkləri məlumdur.

Şahidlərlə zərərçəkən Hakobyanın izahatları arasında kifayət qədər ziddiyyət olsa da, işi araşdıran istintaq orqanları tərəfindən üzləşmə aparılmayıb. Hərbi həkim komissiyasının rəyinə görə, erməni əsgəri Hakobyana “Şizofreniyanın simptomları olan kəskin poltonik psixi pozgunluq” diaqnozu qoyulub. Bununla da hərbi həkim komissiyası xəstəliyin xidmət dövründə yarandığını təsdiq edib.

Məhkəmə isə həkimlərin rəyini öz istədiyi kimi izah etməyə çalışaraq, zərərçəkənin hüquq və azadlıqlarını pozub. Erməni vəkil kassasiya məhkəməsindən xahiş edib ki, işin yenidən araşdırılması üçün onu yenidən məhkəməyə geri göndərsinlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Xalq-Ordu-layihəsi   Erməni-əsgər  


Bizi "telegram"da izləyin