Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər həlak olub.
Türkiyə Silahlı Qüvvələrinin əsgərləri yaralıları xilas edərək Türkiyənin Hatay bölgəsinə gətirib.
“Biz gördük ki, terrorçular kəndimizin ətrafını minalayır, cəld qaçmaq istədik, lakin maşına hücum edildi. 10 uşağım var, 3-ü hücum zamanı yaralanıb”, - deyə hadisə zamanı xəsarət görən Ayşə Hamo bildirib.
Ağalar Ağalarlı
Ordu.az