Ordu.az Telgraf.com.ua saytına istinadən xəbər verir ki, bu barədə Kanadanın Ukraynadakı səfiri Roman Vaşuk bəyan edib.
“Ukrayna kiçik formatlı silahların, o cümlədən tüfənglərin alınmasına müsbət yanaşır”, - deyə Vaşuk bildirib.
O qeyd edib ki, Ukrayna və Kanada hərbçilərinin birgə təlimlərinin təşkili də qarşıda duran mühüm tapşırıqlardan biridir.
Ağalar Qəribov
Ordu.az