Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Karen Karapetyan həmkarını "Zvartnots" hava limanında qarşılayıb.
Giorgi Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin təkbinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, baş nazirin müavini, xarici işlər naziri Mixail Canelidze, müdafiə naziri Levan İzoria, maliyyə naziri Mamuka Baxtadze və digər rəsmi şəxslər daxildir.
Alpər Mövludoğlu
Ordu.az