NATO PA-nın baş katibi: "Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndiririk"

2018/03/3453_3039945160.jpg
Oxunub: 2183     14:30     02 Mart 2018    
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş Katibi Devid Hobbs ilə görüş keçirib.

XİN-dən Ordu.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Q. Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.

Baş Katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-NATO   Qaya-Məmmədov  


Bizi "telegram"da izləyin