Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Artıq bir neçə dəfə aydın şəkildə qeyd etdiyimiz kimi, ölkəmiz kimyəvi silah hazırlamır, istehsal etmir və saxlamır, buna qarşı çıxış edir", - deyə KXDR XİN yanında ABŞ İşləri üzrə İnstitutun mətbuat katibi bəyan edib.
Qeyd edək ki, daha öncə “The New York Times” nəşri BMT Təhlükəsizlik Şurası ekspertlər komitəsinin gizli hesabatına görə, KXDR Suriyaya kimyəvi tərkibli plitələr və klapanlı termonetrlərin təchizatında məsuldur və bu qurğular Dəməşqdə kimyəvi silahın hazırlanması üçün istifadə edilib.
Ağalar Qəribov
Ordu.az