Erməni vəkil etiraz etdi: "Kapitanın ölüm işi ciddi qanun pozuntuları ilə aparılır"

2018/03/67_1519928270.jpg
Oxunub: 2178     02:17     02 Mart 2018    
Erməni kapitan Andranik Mkrtçyanın ölüm işi üzrə istintaq araşdırmaları kobud qanun pozuntuları ilə davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni vəkil Hayarpi Sarkisyan kapitan Andranik Mkrtçyanın ölüm işinin ilkin istintaqı ərzində baş verən cinayətkarlıqlarla əlaqədar baş prokuror Artur Davtyana, hərbi prokurora və cinayət işi ilə əlaqədar istintaqı aparan orqana müraciət edib.

Erməni vəkil istintaq qrupuna etiraz edərək, onlardan imtina edib. Vəkil bildirir ki, indiyədək bəzi zəruri qərarlarla tanış olmağa imkan vermirlər və həmin qərarların əsasında istintaq zamanı cinayət hərəkətlərinin baş verdiyinə əmindir. Vəkil şikayətində iddia edib ki, istintaqı aparan müstəntiq öz vəzifə səlahiyyətlərini aşaraq, müvafiq qərar olmadan hadisə yerində ekspertiza keçirib. Vəkilə təqdim olunan sənədlərdə bir sıra qanun pozuntuları aşkar edilsə də, istintaq orqanı bu qərarların ya olmadığını, bəzi hallarda isə hadisə yerindən qərar olmadan heç bir iz götürülmədiyini bildiriblər.

Vəkil istintaq hərəkətlərinin kobud və ciddi qanun pozuntuları ilə aparıldığını iddia edir. Vəkil Ermənistan baş prokuroruna müraciətində 2018-ci il yanvarın 29-da yeni qaldırılan cinayət işinə də münasibət bildirib.

Belə ki, ölən kapitan Andranik Mkrtçyanın mənzilində 2018-ci il avqustun 22-də axtarış zamanı aşkar edilən güllələrdən bəhs edərək, eyni qaydada ölən hərbi qulluqçunun iş otağında da gülələr aşkar edildiyini, lakin istintaq orqanı tərəfindən buna əhəmiyyət verilmədiyini və bu halda qeyd olunan maddə üzrə cinayət işinin açılmadığını xüsusilə vurğulayıb. Yəni axtarış nəticələrinin birinə dair cinayət işi qaldırılır, digərinə aid isə qaldırılımır. Bununla da istintaq orqanının özbaşınalığı ortaya çıxır. Yeni cinayət işinin açılması ilə əlaqədar qərarın nüsxəsi də vəkil Hayarpi Sarkisyana təqdim edilməyib.

Bununlada vəkil, zəruri sənədlərlə zərərçəkən tərəfin tanış olması imkanlarından məhrum edilməsi ilə müşayiət olunan istintaqın hərtərəfli və düzgün aparıldığına əmin olmağın mümkün olmadığını qeyd edib.

Vəkil yuxarıda qeyd olunan qanun pozuntularını əsas götürərək, qanunvericiliyə əsasən istintaq qrupunun ləğv edilməsi tələbi, cinayət işinin vəkilliyindən istefa verdiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Erməni-vəkil   Erməni-kapitan  


Bizi "telegram"da izləyin