Ermənistan MN-də 40 milyonluq oğurluq - Mayor həbs edildi

2018/03/18_03_01_1519896198_1519899471.jpg
Oxunub: 2698     18:16     01 Mart 2018    
Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi dərman bazasında fırıldaqçılıq yolu ilə 40 milyon dram məbləğində oğurluq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi tərəfindən aparılan tədbirlər nəticəsində məlum olub ki, 2015-17-ci illər ərzində "N" saylı hərbi hissənin (mərkəzi dərman bazası) komandir müavini, mayor L.A və digər səlahiyyətlilər rəsmi mövqelərindən sui-istifadə edərək, rəsmi fakturalarında açıq-aşkar saxta məlumat verməklə 40 milyon dram məbləğində dərman və tibbi avadanlığı mənimsəyiblər.

Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, hərbi hissənin komandir müavini, mayor L.A tutulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin