Moldova ilə hərbi sahədə əməkdaşlıq sazişi təsdiq edildi

2018/03/ilham-eliyev_1519885121_1519886117.jpg
Oxunub: 3922     14:33     01 Mart 2018    
Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Ordu.az-ın məlumatına görə, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 2017-ci il aprelin 24-də Kişinyovda və iyunun 12-də Bakıda imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova-Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin