Ermənistan MN-nin mərkəzi aparatı döyüş hazırlığı vəziyyətinə gətirilib

2018/02/19267-480x320567_1519803605.jpg
Oxunub: 2780     15:39     28 Fevral 2018    
Dünən Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq, Ermənistan müdafiə nazirliyi mərkəzi aparatının qurumları da cəlb edilməklə döyüş hazırlığı üzrə taktiki sıra məşqləri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb.

Məşqlər çərçivəsində səhər tezdən təlim həyəcanı elan edilməklə, şəxsi heyət döyüş hazırlığı vəziyyətinə gətirilib. Təlim siqnalının tələblərinə uyğun olaraq şəxsi heyət müvafiq təchizatla xidmət yerlərinə cəlb olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Döyüş-hazırlığı  


Bizi "telegram"da izləyin