Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan din xadimi ilə kənd camaatı arasındakı qalmaqal səngimək bilmir.
Erməni sosial şəbəkə istifadəçilərinin çoxu hesab edir ki, ordudakı əsgərlərin əksəriyyəti məcburi qaydada xaç suyuna çəkilir. Həmçinin döyüşənlər onsuz da müqəddəsdir, deyə din xadiminin dini ayinlərə uyğun olaraq xaç suyuna çəkilməyən ölən əsgərin meyitinin kilsədə yerləşdirilməsi və dini qaydalara uyğun dəfn edilməsinə etirazını qınayırlar.
Bu qalmaqalın yaranmasında çoxları saxta vətənpərvərləri ittiham edirlər. “Dirkerum” hərbi verilişin redaktoru, rejissor Arşak Zakaryan da yaranan qalmaqala münasibət bildirərək, qeyd edib ki, hər bir əsgər valideyninin seçiminə hörmətlə yanaşmaq lazımdır. Valideyn öz iradəsinə uyğun olaraq övladının kilsədə xaç suyuna çəkilməsinə ehtiyac bilməyibsə buna hörmətlə yanaşmaq lazımdır.
O əlavə edib ki, baş verən qalmaqallardan belə çıxır ki, orduda xidmət edən yezidlərə və digər din nümayəndələrinə hörmət edilməməlidir, hamı erməni kilsəsi qaydalarına uyğun dəfn olunmalıdır? Arşak Zakaryan kənd icra nümayəndəsinin valideyn kimi canfəşanlıq göstərməsini anlamadığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az