Berlində Ermənistan səfirliyi qarşısında etiraz edildi - FOTO

2018/02/15196937495790830174_1000x669_3039419226_3039422026.jpg
Oxunub: 2670     13:56     27 Fevral 2018    
Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi, Berlin “Azərbaycan Evi” və “Leqat” İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə Berlindəki Ermənistan səfirliyi qarşısında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Etiraz aksiyasında Almaniya və Avropanın müxtəlif məkanlarından gəlmiş 100-ə yaxın soydaşımız fəal iştirak edib.

Çıxışçılar Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini pisləyərək, alman və Avropa ictimaiyyətini buna göz yummamağa və işğal siyasətinə son qoymağa çağırıblar. Aksiyada iştirak edən soydaşlarımızın yekdil fikrinə əsasən, Ermənistan işğal etdiyi Azərbaycandan torpaqlarından çəkilmədiyi müddət ərzində kütləvi etiraz aksiyaları hər il daha böyük fəallıqla davam etdiriləcək. (AzərTAc)



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı-soyqırımı   Berlin  


Bizi "telegram"da izləyin