Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nizamnamədən kənar münasibətə görə 2 erməni hərbçisi cinayət məsuliyyətinə cəlb olunub.
Eyni taborda xidmət edən müqviləli hərbi qulluqçular Samvel Cahangiryan və Sasun Danielyan arasında sonradan davaya çevrilən mübahisə baş verib.
Hadisənin araşdırılması məqsədilə onların hər ikisi hərbi polis idarəsinə çağırılıblar. İnsident zamanı xəsarət alan Sasun Danielyan izahatında guya hamamda yıxılaraq xəsarət aldığını bildirib. Komandanlığın “xahisi” ilə hərbi polis hadisəni ört-basdır etməyə razılıq verib.
Ordu.az