“Gənclərin hamısı ön cəbhədə xidmət etmək istəyir” – Polkovnik Məhərrəmov

2018/02/802_7596485795.jpg
Oxunub: 3024     19:00     22 Fevral 2018    
Bərdə rayonunda Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Təhsil İdarəsinin əməkdaşları ilə Qarabağ regionunda ümumtəhsil müəssisələrindən hərbi təhsil almağa getmək isdəyən şagirlərin görüşü keçirilib.

Ordu.az xəbər verir ki, tədbir zamanı Ağdam, Bərdə, Tərtər və s. rayonlarından gələn şagirdlərə Müdafiə Nazirliyin yüksək rütbəli zabitləri tərəfindən hərbi təhsil ocaqları haqqında ətraflı məlumat verilib. Şagird və müəllimlərin sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkil etdiyi, Hərbi Birliyin nümayəndələrinin də iştirak etdiyi tədbirdə geniş çıxış edən, silahlı qüvvələrin polkovnik leytenantı Natiq Məhərrəmov tədbirin mahiyyəti haqqında geniş məlumat verərək tədbirin bütün ölkə ərazisində keçirildiyini qeyd edib.

Müxbirimizin suallarını cavablandıran polkovnik-leytenant N.Məhərrəmov bir sıra açıqlamalar verib:

“Əvvəlki illərə nisbətən son illər zabit peşəsinə yiyələnmək istəyən şagirdlərin sayı xeyli artmaqdadır. Son günlər təşkil olunan tədbirlərdən də müşahidə etdik ki, gənclərin hərb sahəsinə marağı ötən ilkindən daha da çoxdur. Xüsusi ilə onu da qeyd etməyi özümə borc bilirəm ki, həmsöhbət olan gənclərin demək olar hamısı ön cəbhədə xidmət etmək istəyir”.

Həmçinin N.Məhərrəmov qarşıdan gələn tədris ilində ali hərbi təhsil ocaqlarına keçid balının təxminən 300-350 baldan yuxarı təşkil edəcəyini bildirib.

“Keçid balının yuxarı qaldırılması heç də hərbi təhsilə yönələnlərinin sayının çox olması ilə əlaqədar deyil. Burada maraq başqadır. Sadəcə gələcək kursantların daha savadlı, daha çalışqan olması üçün atılmış bir addımdır. Əlbətdə ki, ölkəmizdə digər sahələr kimi hərb sahəsində də daha savadlı mütəxəsislərin yetişməsi dövlətin inkişafına öz təsirini verəcək”, - deyə polkovnik-leytenant vurğulayıb.

Qeyd edək ki, növbəti tədbirin Beyləqan rayonunda da keçirilməsi gözlənilir.





Elgün Gəncimsoy, Bərdə
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Ön-cəbhə  


Bizi "telegram"da izləyin