Əfqanıstanda partlayış: 3 ölü

2018/02/Nangarhar-suicide-blast4576456_1519124072.jpg
Oxunub: 1644     18:52     20 Fevral 2018    
Əfqanıstanın şərqində yerləşən Nəngarhar vilayətinin mərkəzi şəhəri Cəlilabadda partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin mətbuat katibi Attaullah Xoqyani bildirib.

Onun sözlərinə görə, hadisə şəhərin ikinci polis bölməsinin yaxınlığında baş verib və 3 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfərin yaralandığı bildirilsə də, dəqiq say açıqlanmayıb.

Hələki, heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Partlayış  


Bizi "telegram"da izləyin