Ordu.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” nəşri məlumat yayıb.
Ekspertlərin fikrincə, belə güclü silahın Şərqi Quta ərazisinə yerləşdirilməsi Suriya ordusunun çox qətiyyətli addımlar atacağından xəbər verir.
M-240 minaatanları SSRİ ordusunun silahlanmasına 50-ci illərin əvvəllərində daxil olub. Lakin o hələ də dünyanın ən güclü yedək minaatanıdır. 4230 kiloqram çəkiyə malik silah 9650 metr məsafədə yerləşən hədəfləri məhv etməyə qadirdir.
Ağalar Qəribov
Ordu.az