Çavuşoğlu və Tillerson görüşüb

2018/02/34234_1518769027.jpg
Oxunub: 2173     16:16     16 Fevral 2018    
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət Katibi Reks Tillerson bu gün Ankarada görüş keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş səhər saat 9:45-də başlayıb.

Türkiyə və ABŞ bayrağının önündə şəkil çəkdirən ikili daha sonra qapalı qapılar arxasında danışıqlara başlayıb. Görüşdən sonra diplomatlar ortaq mətbuat konfransı təşkil edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tillerson   Çavuşoğlu  


Bizi "telegram"da izləyin