HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib - FOTOLAR

2018/02/36b7fc90e8786a045231869c61cbcafd_1518682058.jpg
Oxunub: 1046     12:05     15 Fevral 2018    
Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant R.Tahirov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər son illər ölkəmizin ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Ordu.az

Foto

Teqlər: MN   HHQ  

Xəbər lenti

HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib - FOTOLAR

2018/02/36b7fc90e8786a045231869c61cbcafd_1518682058.jpg
Oxunub: 1047     12:05     15 Fevral 2018    