Ordu.az xarci KİV-lərə istinadən xəbər verir ki, Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə sədri Federika Mogerini də görüşlərdə iştirak edəcək.
Bu gün xarici işlər nazirləri işgüzar nahar çərçivəsində Suriya məsələsi, sessiyalarda isə Qərbi Balkan ölkələrinin avrointeqrasiyası və Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcəklər.
Sabah baş tutacaq görüşlərdə isə Mogerini və Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxaiyevanın birgə mətbuat konfransı keçiriləcək. Həmçinin Avropa İttifaqına daxil olmağa namizəd ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə növbəti sessiya baş tutacaq.
Ağalar Qəribov
Ordu.az