Baş Qərargah rəisi İsrail ordusunun İrana zərbə endirməyə hazır olduğunu bildirib

2025/08/1755081144.jpg
Oxunub: 284     09:34     08 İyun 2026    
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir siyasi rəhbərlikdən icazə alındıqdan dərhal sonra İsrail ordusunun düşmənə zərbə endirməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, yüksək rütbəli hərbi rəhbərlərlə keçirilən müşavirə zamanı Zamir bildirib ki, “İsrail Müdafiə Qüvvələri “yaşıl işıq” verilən anda düşmənə güclü zərbə endirəcək”.

İsrail ordusunun məlumatına əsasən, ölkə hərbçiləri İranın axşam saatlarında həyata keçirdiyi raket hücumundan sonra cavab tədbirləri hazırlayırlar. Bununla belə, yekun qərar hələ də siyasi rəhbərliyin təsdiqini gözləyir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İrana qarşı cavab zərbəsindən çəkinməyə çağırmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin