Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
İsrailin Daxili Cəbhə Komandanlığı vətəndaşlara sığınacaqların yaxınlığında qalmağı və veriləcək bütün əlavə göstərişlərə əməl etməyi tapşırıb. Qərarın İsrail və İran arasında vəziyyətin ciddi şəkildə gərginləşməsi ehtimalı ilə əlaqədar qəbul edildiyi bildirilib.
Bundan əvvəl İran Livan istiqamətində həyata keçirilən hücumlara cavab olaraq İsrail ərazisinə kütləvi zərbələr endirmişdi.
Sevinc Əliyeva
Ordu.az