NATO İraq missiyasını genişləndirə bilər

2018/02/590_1518012296.jpg
Oxunub: 2842     22:00     07 Fevral 2018    
Birləşmiş Ştatlar NATO-nun avropalı üzvlərinə İraqda uzunmüddətli təlim-məşvərət missiyası təşkil etməklə bağlı təzyiqləri artırır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, ötən yay ABŞ Müdafiə naziri Ceyms Mettis NATO-nun mənzil-qərargahına məktub göndərərək NATO-nu yarımdaimi, yaxud daimi komandanlıqla İraq qüvvələrinə təlim keçəcək missiya formalaşdırmağa çağırıb.

İŞİD-lə üç illik müharibədən sonra Vaşinqton silahlı qruplaşmaların yenidən peyda olmayacağından əmin olmaq istəyir. NATO-nun onsuz da İraqda təlimçiləri olsa da, onların sayı 20-dən azdır. NATO Müdafiə nazirləri ABŞ-ın tələbini gələn həftə Brüsseldə müzakirə edəcəklər. Lakin son qərarın iyulda baş tutacaq sammitdə qəbul ediləcəyi gözlənilir.

Mettisin məktubunda bir çox detal olsa da, ən önəmliləri hərbi akademiyaların və İraq Müdafiə Nazirliyi üçün hərbi doktrinaların hazırlanması ilə bağlı təkliflərdir.

Adının açıqlanmasını istəməyən yüksək səlahiyyətli NATO diplomatı Birləşmiş Ştatların israrla NATO-nu İraqda qeyri-döyüş tədbirlərini artırmağa sövq etdiyini bildirib. Onun sözlərinə görə, bu başqa bir Əfqanıstana oxşayır və çox az üzv bundan məmnundur.

Lakin NATO-nun baş katibi Yens Stoltenberq məsələni İraq baş naziri Heydər əl-Abadi ilə müzakirə edib. Baş nazir də missiyanın formalaşdırılmasını dəstəkləyir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   Donald-Tramp  


Bizi "telegram"da izləyin