Rusiya Suriyadakı hərbi bazalarda müdafiəni gücləndirir

2018/02/615_1518012091.jpg
Oxunub: 4414     21:43     07 Fevral 2018    
Rusiya Suriyadakı hərbi bazalarında müdafiəni gücləndirir və İdlibdəki deeskalasiya zonasında vəziyyətlə bağlı monitorinq aparır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə, monitorinqin aparılması Türkiyənin ərazidə müşahidə postları qurmaması ilə əlaqədardır. Nazirlik hazırda "Həyat Təhrir əş-Şam" adı altında döyüşən “ən-Nüsra Cəbhəsi” terrorçularının daşınabilən raket sistemi əldə etdiyini bildirib.

Qeyd edək ki, bu terror qruplaşması şənbə günü vurulan Su-25-ə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Su-25  


Bizi "telegram"da izləyin