İtaliya Türkiyədəki NATO missiyasına davam edəcək – Erdoğan

2018/02/607_1518002607.jpg
Oxunub: 2052     19:17     07 Fevral 2018    
“İtaliya Türkiyənin cənubundakı Qəhrəmanmaraş vilayətində Suriyanın mümkün hücumuna qarşı quraşdırılan havadan müdafiə sistemlərini sentyabra qədər saxlamağa razılıq verib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Razılıq Ərdoğanla İtaliya prezidenti Serjio Mattarella və baş nazir Paolo Centiloni arasında Romada baş tutan görüş zamanı əldə edilib. İtaliyanın bölgədəki “SAMP/T” raketdən müdafiə sistemləri 2016-cı ilin iyunundan etibarən NATO-nun “Aktiv hasar” missiyası çərçivəsində əməliyyat vəziyyətindədir.

Qeyd edək ki, NATO-nun “Aktiv hasar” missiyası 2013-cü ildən etibarən Türkiyəni Suriyadan mümkün raket hücumundan müdafiə etmək məqsədilə başladılıb. İlk vaxtlarda missiyada Almaniya, Niderland və Birləşmiş Ştatlar iştirak etsə də, hazırda sadəcə İtaliya və İspaniya davam edir. Missiyadakı İtaliya kontingenti 130 əsgərdən ibarətdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İtaliya   NATO  


Bizi "telegram"da izləyin