Çavuşoğlu: “MKİ rəsmi şəkildə Türkiyədən üzr istədi”

2018/02/mevlut-cavusoglu-minister345_1517996868.jpg
Oxunub: 1594     18:00     07 Fevral 2018    
“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi rəsmi səviyyədə və yazılı şəkildə Türkiyədən üzr istədi”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözləriə görə, daha öncə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri MKİ-nin Türkiyənin İŞİD-dən neft almasına dair rəsmi məlumata sahib olduğunu bildirib. Türkiyə Xarici İşlər Nazirliyi isə mühakimələri təkzib edərək sübutlar tələb etdi.

“Lakin Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD terrorçularından neft aldığını sübut edən faktlar irəli sürə bilmədi. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi səviyyədə və yazılı şəkildə üzrxahlıq etməyi tələb etdi”, - deyə Çavuşoğlu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   MKİ   Türkiyə  


Bizi "telegram"da izləyin