Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş nazirinin özü Tokioda keçirilən “Şimal ərazilərinin qaytarılması uğrunda ümummilli mitinq”ində bəyan edib.
“Əgər şərait imkan versə, cari ilin may ayında Rusiyaya səfər edəcək və ən yüksək səviyyədə sülh müqaviləsinin imzalanması məsələsini qaldıracam”, - deyə Abe bildirib.
O söz verib ki, Rusiya prezidenti Vladimir Putinlə İkinci Dünya Müharibəsindən bəri imzalanmamış sülh müqaviləsini imzalayacaq.
Ağalar Qəribov
Ordu.az