Tillerson: “Rusiya kimyəvi silahların məhv edilməməsində günahkardır”

2018/02/345345_1517988708.jpg
Oxunub: 3113     15:30     07 Fevral 2018    
“Rusiya Suriyada kimyəvi silahın məhv edilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədi”.

Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

“Rusiya Əsəd rejimi dəstəkləyir, onun havadan müdafiəsini təmin edir. Moskva məsuliyyət daşıyır, onlar Suriyada kimyəvi silahın məhv edilməsi üzrə tədbirlər qəbul etməyə razılaşdılar, lakin bunu yerinə yetirmədilər”, - deyə Tillerson bildirib.

O qeyd edib ki, Rusiya bu məsələdə öz mövqeyini dəyişməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kimyəvi-silah   Tillerson  


Bizi "telegram"da izləyin