Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis səsləndirib.
“İdeya bizim nümayəndələrimizin güclü mövqedən çıxış etmələrini təmin etməkdir”, - deyə Mettis Konqresin Silahlı Xidmətlər Komitəsinin dinləməsində çıxış edərkən bildirib.
Qeyd edək ki, fevralın 2-də nəşr edilən yeni nüvə doktrinasında Birləşmiş Ştatların mövcud uzaq mənzilli ballistik raketlərin bəzilərinin dənizaltılardan daşınılacaq formada modifikasiya edəcəyini qeyd edib. Doktrinadan aydın olan başqa bir məsələ isə administrasiyanın qısa mənzilli nüvə başlıqlı qanadlı raketlər hazırlama planlarıdır.
Ağalar Ağalarlı
Ordu.az