ABŞ ballistik raketin sınaqlarını təxirə salıb

2018/02/604_1517986671.jpeg
Oxunub: 1561     14:57     07 Fevral 2018    
Vaşinqton Pxyonçxanda keçiriləcək Olimpiya oyunları ilə əlaqədar olaraq qitələrarası ballistik raketin sınaqlarını təxirə salmaqla bağlı qərar qəbul edib.

Ordu.az CBS telekanalına istinadə xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri bildiriblər.

Raket sınaqlarının ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniya ştatında yerləşən “Vandenberq” bazasında keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, yanvar ayında ABŞ və Cənubi Koreya Olimpiada ilə əlaqədar olaraq irimiqyaslı hərbi təlimləri təxirə salmaq qərarına gəlmişdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ballistik-raket   Olimpiya-oyunları  


Bizi "telegram"da izləyin