Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, Pens burada atış mövqeyində hazır duran batareyaları izlədikdən sonra Yaponiya Özünümüdafiə Qüvvələrinin üzvləri ilə brifinq keçirib.
Brifinqdə Yaponiya Müdafiə naziri İtsunori Onodera da iştirak edib. Brifinq çərçivəsində Şimali Koreyanın raket texnologiyasını inkişaf etdirdiyinə və Çinin dənizlərdə aktivləşdiyinə toxunan Onodera, ABŞ-ın Yaponiyanın çətin təhlükəsizlik qayğılarını anladığı üçün təşəkkür edib.
Öz növbəsində Pens isə əraziyə gəlişinin verdiyi mesajın aydın olduğunu qeyd edib.
“Vaşinqton və onun müttəfiqləri KXDR-ə onların öz raket və nüvə proqramlarından imtina etməsi üçün təzyiq göstərəcək”, - deyə o bildirib.
Ağalar Ağalarlı
Ordu.az