Tramp Pentaqona nəhəng hərbi parad hazırlamağı əmr edib

2018/02/594_1517982401.png
Oxunub: 3831     13:44     07 Fevral 2018    
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Pentaqona nəhəng hərbi parad planlaşdırılması ilə bağlı göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzetin yaydığı məlumata görə, Tramp Vaşinqton küçələrində əsgərlərin marşı və tankların keçidini görmək istəyir. O, bu istəyini yanvarın 18-də Müdafiə naziri Ceyms Mettis və Baş Qərargah rəisi general Cozef Danfordla birlikdə keçirdiyi görüşündə dilə gətirib.

Trampın ötən il iyulun 14-də Parisdə qatıldığı Bastilya günü münasibətilə baş tutan hərbi paraddan təsirləndiyi bildirilir. Silahlı Qüvvələrdən bəzi rəsmilər paradın bu ilin sonlarına yaxın baş tuta biləcəyini bildirib.

Qeyd edək ki, Ağ Ev Trampın Silahlı Qüvvələrin hərbi paradının təşkil olunmasında maraqlı olduğunu qeyd edib.

“Prezident Tramp hər gün öz həyatlarını riskə atan Amerika hərbi qulluqçuların ən böyük dəstəkçisidir. O, Müdafiə Nazirliyindən bütün amerikalıların yüksək qiymətləndirəcəyi bir mərasim hazırlamağı xahiş edib”, – deyə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donald-Tramp   Hərbi-parad  


Bizi "telegram"da izləyin