Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono parlamentin aşağı palatasının büdcə komitəsinin iclasında bildirib.
“Bu, bizim ölkənin Kuril arxipelaqının cənub hissəsində yerləşən 4 şimal adasına münasibətdə mövqeyinə ziddi, biz etiraz etdik”, - deyə Kono vurğulayıb.
Xatırladaq ki, daha öncə Rusiya Müdafiə Nazirliyi Şərq Hərbi Dairəsinin mətbuat xidməti iki mindən çox hərbçinin Kuril adalarında keçirilən təlimlərdə iştirak etdiyi ilə bağlı məlumat yayıb.
Ağalar Qəribov
Ordu.az