Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin köməkçisi Rendall Şrayver bəyan edib.
O, bu barədə ABŞ Konqresinin Silahlı Qüvvələrlə İş üzrə Senatının dinləmələrində məlumat verib.
Şrayverin sözlərinə görə, bu məbləğin yalnız 13 milyard dolları Əfqanıstanda ABŞ kontingentinin saxlanılmasına sərf ediləcək, 5 milyard dollar isə Əfqanıstan hərbi qulluqçuları və təhlükəsizlik qüvvələrinin dəstəklənməsinə ayrılacaq, 780 milyon dollara Kabilə iqtisadi yardım göstəriləcək, yerdə qalacaq bütün məbləğ isə nəqliyyat və digər logistik xərclərə yönəldiləcək.
Ağalar Qəribov
Ordu.az