Səudiyyəli general: "Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyirik"

2018/02/347607_img650x420_img650x420_crop234_1517911025.jpg
Oxunub: 4169     17:47     06 Fevral 2018    
Fevralın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüş ərzində Müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Səudiyyə-Ərəbistanı   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin