102-ci hərbi bazanın PUA heyətləri təlimlərə başlayıb

2018/02/921583234534_1517909436.jpg
Oxunub: 3315     18:12     06 Fevral 2018    
Ermənistandakı rus hərbi bazasının pilotsuz uçuş aparatları heyətlərinin təlimi başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrüdəki rus hərbi bazasının pilotsuz uçuş aparatları heyətlərinin “Kamxud” və “Alağöz” təlim mərkəzlərində təlimləri başlayıb.

PUA heyəti xüsusi taktiki təlimlər çərçivəsində mürəkkəb şəraitdə şərti düşmənin atəş mövqelərinin və hərbi hədəflərin şəkillərinin çəkilməsi və video çəkilişlərinin aparılması tapşırıqlarını yerinə yetirirlər.

PUA-lar gecə saatlarında, avtomobil karvanı hərəkətdə olarkən də tətbiq edilir.

PUA heyəti havadan ərazinin kəşfiyyatının aparılmasını, şərti düşməni aşkaretmə, daha sonra real vaxt çərçivəsində onun fəaliyyətini izləmək və koordinatlarını hərbi bazanın idarəetmə mərkəzinə göndərilməsi vərdişlərini təkmilləşdirirlər.

Dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə, sərt qış şəraitində və küləyin sürəti 10 m/s olduğu halda tətbiq edilməsi təlimin əsas xüsusiyyətlərindən biridir. PUA-ların tətbiq edilməsi ilə praktiki təlimlərə 100-dən artıq hərbi qulluqçu və 50-dən artıq xüsusi hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   PUA  


Bizi "telegram"da izləyin