Rusiya MN Suriyada uçan Su-25-lər üçün uçuş minimumu müəyyənləşdirib

2018/02/530-Du-25_1517817759.jpg
Oxunub: 2201     16:00     05 Fevral 2018    
Bundan sonra Suriyada uçan “Zağca”lar minimum 5 kilometr yüksəklikdə uçacaq.

Ordu.az 5-tv.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb təyyarələrin daşınan zenit raket kompleksləri üçün əlçatan olmaması ilə əlaqədardır. Bu yüksəklikdə nə adi atıcı silahlar, nə də zenit raket kompleksləri vasitəsilə Su-25-ləri vurmaq mümkün deyil.

Xatırladaq ki, fevralın 3-də Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi terrorçular tərəfindən vurulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   Su-25  


Bizi "telegram"da izləyin