“ABŞ və Rusiya arasında HHM-lər üzrə dialoq zəruridir” - Ryabkov

2018/02/567567_1517810561.jpeg
Oxunub: 4237     14:01     05 Fevral 2018    
“Rusiya və ABŞ arasında hava hücumundan müdafiə sistemlərinin məhdudlaşdırılması üzrə dialoqun yenilənməsi zəruridir”.

Ordu.az Russian.rt.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

Bununla belə Ryabkov HHM sistemlərinin məhdudlaşdırılması üzrə müqavilə ilə mövcud strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilə arasında qırılmaz bağın olduğunu bildirib.

O həmçinin Moskva və Vaşinqton arasında uzun müddətdir ki, silahların məhdudlaşdırılması üzrə danışıqların aparılmadığını vurğulayıb.

“Uzun müddətdir ki, bu mövzu üzrə amerikalılarla predmetli və konkret dialoqumuz olmayıb. Artıq dialoqu yeniləmək zamanı çatıb”, - deyə Ryabkov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ABŞ   HHM  


Bizi "telegram"da izləyin