Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Bir neçə ölkə ilə danışıqlar gedirdi, lakin məhz Rusiyanın təklifi Ankara üçün ən sərfəli oldu”, - deyə Ərdoğan açıqlayıb.
Ərdoğan qeyd edib ki, 2011-ci ildən etibarən Suriyada davam edən vətəndaş müharibəsi Türkiyəni müdafiə potensialını, xüsusilə hava hücumundan müdafiə sistemlərini gücləndirməyə vadar etdi.
“S-400-lərə gəlincə isə Rusiya Federasiyası bizim həm qiymət, həm də çatdırma, texnologiyaların istehsalı məsələlərində qane etdi”, - deyə Türkiyə lideri bildirib.
Ağalar Qəribov
Ordu.az