Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, möhürlər hər zaman Koreya hökumətinin propaqandası kimi istifadə edilir.
Yeni buraxılan möhürlərdən birində Kim Çen Inın nüvə raket proqramına davam edəcəyini bildirdiyi yeni il çıxışından kadr əks olunub.
Başqa bir möhürdə Şimali Koreya nüvə silahlı qüvvələrinin qurulmasında qələbə bəyan edilib və arxa fonda “Xvason-15” raketi yerləşdirilib. Raket ötən il noyabrın 28-də uğurla sınaqdan keçirilib. KXDR “Xvason-15” raketinin ABŞ-ı vurmağa qadir olduğunu iddia edir.
Bəzi möhürlər isə inşaat, karbon, kimya sənayesindəki inkişafa, sağlamlıq, təhsil, idman və mədəniyyət sahəsində əldə edilən uğurlara həsr olunub.
Ağalar Ağalarlı
Ordu.az