Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ballistik raketlər sahəsində ekspert David Rayt səsləndirib.
ABŞ donanması çərşənbə günü bir il ərzində ikinci dəfə “Raytheon”un SM-III raketi ilə düşmən raketin dayandırılması sınağında uğursuz olub. Eyni gündə yerüstü müdafiə sistemləri üçün daha 20 ədəd raket əleyhinə raketin alınması ilə bağlı 6.5 milyard dollar xərcləyib.
Bu xərcləmənin məqsədi Şimali Koreya və ya Rusiyanın potensial hücumlarından müdafiə olunmaqdır. Lakin yerüstü müdafiə sisteminin pis keçmişi var. Bir müddət əvvəl baş tutan uğurlu sınaq Şimali Koreyadan gələn təhdidə qarşı qorxuları bir qədər azalda bilər, amma sınaqla bağlı son məlumatlar bunun həqiqət olmadığını üzə çıxarıb.
ABŞ son on ildə ballistik raketdən müdafiə sahəsinə 40 milyard dollar xərcləyib. Bu müddət ərzində “Boeing”, “Lockheed Martin”, “Raytheon” kimi kompaniyalar xeyli gəlir əldə edib və Pentaqonla yeni müqavilələr imzalamağa davam edirlər.
“Əslində ABŞ qısa mənzilli raketlərdən müdafiə oluna bilər. Dənizlərdəki “Aegis”lə təchiz olunmuş ballistik raket dağıdıcıları özlərini müdafiə etməkdə yaxşıdırlar, lakin QABR-larla bacarmazlar”, - deyə Rayt bildirib.
Ağalar Ağalarlı
Ordu.az