ABŞ Müdafiə naziri Ceyms Mettis Ukrayna rəsmilərini mümkün olduğu qədər tez bir vaxtda Ukrayna milli təhlküəsizlik qanunu qəbul etməyə çağırıb.
Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında qeyd olunub.
“Mettis Milli Təhlükəsizlik qanununu təcili prioritet kimi göstərib və Ukrayna parlamenti və prezident administrasiyasının Ukrayna təhlükəsizliyinə dəstək məqsədilə müdafiə islahatlarının aparılmasına imkan verəcək hüquqi baza yaratmaq üçün onu qəbul edəcəyinə ümid edir”, - deyə məlumatda qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Mettis
Ukrayna
ABŞ