“Pakistan daxilində heç bir hərbi əməliyyat düşünmürük” - Makkenzi

2018/02/1000w_q95234_1517649248.jpg
Oxunub: 3084     17:11     03 Fevral 2018    
ABŞ Müdafiə Nazirliyi Pakistanın daxilində əməliyyatlar apardığına dair istənilən iddiaları rədd edir.

Ordu.az xarici KİV-lərə istinaədn xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisi general-leytenant Kennes Makkenzi bildirib.

O, ABŞ-ın deyilənlərin əksinə olaraq İslamabadla əməkdaşlıq etmək istəyini dilə gətirib.

“Biz Pakistan daxilində heç bir hərbi əməliyyat düşünmürük. Digər tərəfdən bunun yaxşı anlayırıq ki, Pakistan coğrafi və strateji olaraq bir çox fərqliliyin birləşdiyi kritik yerdə yerləşir”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin