Mettis: ABŞ qoşunları Ukraynalı əsgərlərə təlim keçir

2018/02/546456_1517649020.jpg
Oxunub: 3405     17:08     03 Fevral 2018    
Birləşmiş Ştatlar, Kanada, Polşa və Litvadan hərbi təlimçilər Ukranyanın qərbində yerləşən təlim mərkəzində Ukrayna əsgərlərinə təlim keçir.

Ordu.az ABŞ Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri Ceyms Mettis bildirib.

“Biz Ukrayna ordusunda islahatlar aparılması ilə bağlı birlikdə işlər görürük. Bu barədə Ukrayna müdafiə naziri ilə də müzakirələr apardıq. Bu, Ukrayna suverenliyi və müstəqilli üçün əhəmiyyətlidir. Hal-hazırda Birləşmiş Ştatlar, Kanada, Polşa və Litvadan hərbi təlimçilər Ukranyanın qərbində yerləşən təlim mərkəzində Ukrayna əsgərlərinə təlim keçir”, - deyə Mettis qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Təlimlər  


Bizi "telegram"da izləyin