Liberman yeni raket sisteminin hazırlanması barədə göstəriş verib

2018/02/pac-3_mse_151624359434534_1517568376.jpg
Oxunub: 2805     18:43     02 Fevral 2018    
İsrail Müdafiə naziri Aviqador Liberman İsrail Müdafiə Qüvvələrinin (İMQ) 300 kilometr mənzilə malik yer-yer raketləri sistemlərinin qurulması barədə göstəriş verib.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, yeni sistemlər İsrail ordusunun quru qüvvələrinin bir hissəsi olacaq.

Məlumata görə, artıq Liberman layihə üçün yarım milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib. Orta mənzilli sistemlər ordunun 2020-ci ilədək dövrü əhatə edən iş planına daxil ediləcək. İlkin olaraq 150 kilometr mənzilli raketlər quraşdırılacaq. İsrail hərbi sənayesi bu tipli raketləri artıq xarici ordular üçün istehsal etməyə başlayıb. Həmçinin, İsrail donanma gəmiləri və təyyarələr bu raketlərlə təchiz olunacaq.

Növbəti mərhələdə 300 kilometr mənzilli raketlərin əlavə edilməsi planlaşdırılır. Layihə İMQ-nin nə qədər raket satın almasından asılı olaraq 10 il çərçivəsində həyata keçiriləcək və ümumilikdə 2.04 milyard dollar dəyərində olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liberman   İMQ  


Bizi "telegram"da izləyin