Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 08:30 radələrində İrəvanda münaqişə zəminində bıçaqlanan polkovnik-leytenant rütbəli zabitin Ermənistan ordusunun aviasiya qoşunlarında qulluq etdiyi məlum olub.
Hazırda mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicə olunur.
Bu barədə məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan təsdiq edib. Hovhannisyan onun vəziyyətinin kifayət qədər ağır olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az