Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.
O, Rusiyanın münaqişə tərəflərinə silah satmasını başa düşə bilmədiyini və müsbət dəyərləndirmədiyini qeyd edib. Bu sözləri səsləndirərkən Tadevosyan, sanki Ermənistanın Rusiya ilə silah çatdırılması barədə bağladığı kredit sazişini unudur.
"Rusiya səhv iş görür, digər tərəfdən Azərbaycan yalnız Rusiyadan silah almır", - deyə erməni general qorxusunu gizlədə bilməyib.
Alpər Mövludoğlu
Ordu.az