Ordu.az xəbər verir ki, bu barədə CHD mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Hər iki bölmələrin təlimi Ermənistandakı “Alagöz” təlim mərkəzində keçirilib.
Taktiki bölük qrupu 100 km yürüşdən sonra “Alagöz” təlim mərkəzində mövqelər tutaraq, atəş hazırlığı, şərti düşmənin kəşfiyyat-diversiya qrupunun məhv edilməsi fəaliyyətlərini həyata keçirib. Ümumi olaraq təlimə 2000-dən çox hərbi qulluqçu, 500 ədəd hərbi texnika cəlb edilib.
Atıcı silahlar, tanklar, artilleriya, zenit-raket kompleksləri tətbiq edilib. Eyni zamanda hərbi aviasiya, qırıcılar cəlb olunub. Bölmələrin təlimi pilotsuz uçuş aparatları vasitəsilə izlənilib.
RF SQ CHD-nin hərbi bazasının mühəndisləri hərbi kolonun təhlükəsiz hərəkətini təmin ediblər. Onlar yollarda partlayıcı qurğuların axtarışını, zərərsizləşdirilməsi fəaliyyətlərini yerinə yetiriblər. Mühəndis bölmələrindən 50-dək hərbi qulluqçu və 30 ədəd hərbi texnika cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az