“Raytheon”un hipersəs silahları ABŞ-ı Rusiya və Çinin önündə saxlaya bilər

2018/01/34563478956347895_1517312402.jpg
Oxunub: 2375     19:40     30 Yanvar 2018    
Pentaqon yeni texnologiyalara yatırımlar etməklə Rusiya və Çinin artan texnoloji gücünün qarşısını almağa çalışır. Bir çox detalların məxfiliyinə baxmayaraq, deyə bilərik ki, “Raytheon” Pentaqonun əliaçıqlığının ən böyük qaliblərindəndir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, güclənən düşmənlərin qarşısını almaq üçün Pentaqonun yeni texnologiyalara tələbatının artması kompaniyanın gəlirlərini artırır. Kennedinin sözlərinə görə, uzun mənzilli həssas atəş, yüksək enerji lazerləri, hipersəs kimi yeni nəsil texnologiyalar ABŞ-ın əməliyyat və texniki hakimiyyətini qorumaq üçün etdiyi yatırımlar sayəsində böyüməyə davam edir. “Raytheon” böyük ölçüdə hipersəs texnologiyalarını təkmiləşdirir, lakin şirkətin belə proqramlar üzərində işləri olduqca məxfidir.

“Dövlət təhdidlərinə qabaqcıl texnologiyalarla qarşı çıxmaq “Raytheon” üçün sürətlə böyüyən bir sahədir. Güclü dövlətlər ABŞ-la aralarındakı fərqi götürməyə çalışırlar”, - deyə şirkətin icraçı direktoru Tom Kennedi bildirib.

“Hər şeydən əvvəl hipersəsə dönək. Biz illərdir hipersəs yolunda irəliləyirik. Bu, dörd sütunlu strategiyamızın ikinci sütununu əhatə edir. Həqiqətən də çox böyük vəsait ayırırıq və xeyli irəliləyiş əldə etmişik. Müdafiə Nazirliyi ilə bir neçə hipersəs müqaviləmiz var. Bunların ən böyüklərindən biri DARPA ilə olan “Hawk” adlı proqramdır. Bu sensorlu hipersəs raketidir”, - deyə Kennedi qeyd edib.

“Raytheon” başqa bir hipersəs silah təkmilləşdirmə proqramını da icra edir. Lakin məxfiliyindən dolayı Kennedi bu haqda məlumat verməkdən imtina edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Rusiya-Çin   Hipersəs-silahlar  


Bizi "telegram"da izləyin