Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə cəbhənin üzvü Armenak Kyureğyan bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi cəbhə aprel hadisələri ilə çox az maraqlanır. "Bizim üçün kimin prezident seçiləcəyinin əhəmiyyəti yoxdur. Əsas ölkə bu böhran vəziyyətdən çıxa bilsin. Bunun yeganə yolu demokartik müstəqil dövlətdir", - deyə o açıqlamasında hakim rejimi tənqid edib.
Kyureğyan indiki vəziyyətdə fors-major hadisənin, böyük xalq hərəkatının baş verə biləcəyini istisna etmədiyini bildirib.
"Bizim ölkədə narazılıq elə həddə çatıb ki, kiçik bir səbəbdən xalq hərəkatı başlaya bilər. İnsanlar ölkəni tərk edir, bu birbaşa ölkənin, ordunun təhlükəsizliyinə təsir göstərir", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az