Vanadzor ofisi 1000 dram haqqında qanuna etiraz etdi

2018/01/1300583453_1517245206.jpg
Oxunub: 1495     00:59     30 Yanvar 2018    
Helsinki Vətəndaşlıq Assambleyasının Vanazor ofisinin əməkdaşları 1000 dram haqqında qanuna qarşı məhkəməyə müraciət ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il oktyabrın 27-də İrəvanın Kentron və Nor Maraş inzibati ümumi yusidiksiya məhkəməsi tərəfindən “Ermənistanın müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulan ziyanların ödənilməsi haqqında” qanunla nəzərdə tutulmuş ödənişlərə qarşı Helsinki Vətəndaşlıq Assambleyasının Vanazor ofisinin əməkdaşlarının iddiası rədd edilib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanazor ofisindən bildiriblər ki, ofisin əməkdaşları məhkəməyə 2017-ci il martın 21-də müraciət ediblər. İddiaçı tərəf müraciətini əsaslandırıb və bu qanunun konstitutsiyaya zidd olduğunu bildirib.

Qanun 10-cü maddəsinin fonda məcburi ödənişləri nəzərdə tutan 10-cü bəndinin konstitutsiyaya uyğunluğunun yoxlanılması məqəsdilə Ombudsmana da müraciət olunub. Lakin Ombudsman konstitutsiya məhkəməsinə müraciət etməkdən imtina edib.

İrəvanın Kentron və Nor Maraş inzibati ümumi yusidiksiya məhkəməsi işin araşdırılması zamanı, işin icraatının dayandırılması və konstitutsiya məhkəməsinə müraciət olunmasına dair Helsinki Vətəndaşlıq Assambleyasının Vanazor ofisinin vəkili Ani Zatinyanın vasitəçiliyini də rədd edib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi məhkəmə qərarını apelyasiya məhkəməsinə verəcəyini bildirib.

Mülki Apelyasiya Məhkəməsi iddianı icraata qəbul edib. Məhkəmə 2018-ci il 22 fevral saat 11.00-a təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vanadzor-ofisi   1000-dram   Etiraz  


Bizi "telegram"da izləyin